...

"Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası haqqında" qanun layihəsi müzakirə edilib

Siyasət Materials 27 Aprel 2007 20:56 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend , müxbir İ.Əlizadə/ Milli Məclisin sosial siyasət daimi komissiyasının cümə günü keçirilən iclasında "Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası haqqında" qanun layihəsi ikinci oxunuşda müzakirə edilib. Bu barədə Milli Məclisin mətbuat xidmətindən məlumat verilib.

Komissiyanın sədri Hadi Rəcəbli qeyd edib ki, sənəd keçmiş məhbusların cəmiyyətdən təcrid olunmasının qarşısının alınması, onların tamhüquqlu vətəndaş kimi həyatda öz yerini tutması və sosial adaptasiyasına kömək baxımından mühüm əhəmiyyətə malikdir.

Millət vəkili Elmira Axundova bildirib ki, qanun layihəsi ölkədə sosial adaptasiya mərkəzlərinin yaradılmasını, keçmiş məhbuslara tibbi, psixoloji, hüquqi, informasiya yardımının göstərilməsini nəzərdə tutur. Milli Məclisdə birinci oxunuşda müzakirədən sonra deputatların təkliflərinə əsasən layihə üzərində xeyli iş aparılmış, sənəd əsaslı surətdə təkmilləşdirilib.

Müzakirələrin sonunda layihənin Milli Məclisin iclasında müzakirəyə təqdim olunması qərara alınıb.

Xəbər lenti

Xəbər lenti