...

Azərbaycan parlamenti "İdmanda dopinqə qarşı mübarizə haqqında" beynəlxalq konvensiyaya qoşulmaq məsələsini müzakirə edəcək

Siyasət Materials 28 Aprel 2007 13:30 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend , müxbir İ.Əlizadə/ Milli Məclisin mayın 1-də keçiriləcək iclasında Azərbaycanın YUNESKO baş konfransının 33-cü sessiyasında qəbul edilmiş "İdmanda dopinqə qarşı mübarizə haqqında" beynəlxalq konvensiyaya qoşulması məsələsinin müzakirə ediləcəyi gözlənilir. Bu barədə şənbə günü Milli Məclisin mətbuat xidmətindən məlumat verilib.

Bundan başqa, iclasda "Auditorun mülki hüquq məsuliyyətinin icbari sığortası haqqında", "Azərbaycan Qızıl Aypara Cəmiyyəti haqqında", "Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası haqqında" qanun layihələrinin müzakirə edilməsi planlaşdırılır.

İclasda bəzi qanunvericilik aktlarına, o cümlədən İnzibatı Xətalar Məcəlləsinə, "Gənclər siyasəti haqqında" qanun layihəsinə əlavə və dəyişikliklərin edilməsini nəzərdə tutan layihələrin müzakirəsi planlaşdırılır.

Xəbər lenti

Xəbər lenti