...

Azərbaycan prezidenti Rusiyanın regionları ilə birbaşa əməkdaşlığın inkişafının tərəfdarıdır

Siyasət Materials 30 Aprel 2007 15:28 (UTC +04:00)
Azərbaycan prezidenti  Rusiyanın regionları ilə birbaşa əməkdaşlığın inkişafının tərəfdarıdır

Azərbaycan prezidenti İlham Əliyev hesab edir ki, hazırki mərhələdə "Rusiyanın regionları ilə iqtisadi, humanitar, həmçinin təhlükəsizliyin möhkəmləndirilməsi sahəsində birbaşa əməkdaşlığın inkişafına böyük ehtiyac var. Bu barədə Azərbaycanın dövlət başçısı bu gün Bakıda Dağıstan prezidenti Muxu Əliyevi qəbul edərkən bəyan edib.

Əliyev xüsusi olaraq qeyd edib ki, Azərbaycan Dağıstanla qardaşlıq münasibətlərinin tərəfdarıdır. Dağıstanla münasibətlər çox əsrli ənənələrə malikdir. Onun sözlərinə görə, Azərbaycan və Dağıstan əməkdaşlığın bütün məsələlərində ümumi mövqelər nümayiş etdirir.

"Bu gün Azərbaycan və Rusiyanın müstəqillik şəraitində yaşadığı bir dövrdə ölkələrimizi dostuq, qonşuluq münasibətləri bağlayır. Rusiyanın bir hissəsi kimi Dağıstanın isə ürəyimizdə xüsusi yeri var" - deyən Əliyev RF-nin bu regionu ilə gələcək əməkdaşlığa ümid bəslədiyini bildirib.

Dağıstan nümayəndə heyətinə başçılıq edən Muxu Əliyev bu gün birgünlük səfərlə Bakıya gəlib. Nümayəndə heyətinə parlament rəhbəri və bu Şimali Qafqaz respublikasının hökumət başçısı daxildir. Bu gün nümayəndə heyətinin Azərbaycanın baş naziri Artur Rasizadə ilə görüşü keçiriləcək.

Mənbələrin məlumatına əsasən, danışıqların əsas mövzusu iqtisadi əlaqələrin genişləndirilməsi, təhlükəsizliyin möhkəmləndirilməsi məsələləri olacaq. Bu barədə "İTAR-TASS" məlumat verib.

Xəbər lenti

Xəbər lenti