...

İstanbulda "Enerji geosiyasəti və qlobal iştirakçılar" mövzusunda beynəlxalq konfrans keçiriləcək

Siyasət Materials 1 May 2007 20:27 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend , müxbir İ.Əlizadə/ Milli  Məclisin  deputatı  Asəf Hacıyev Strateji və Sosial Araşdırmalar Mərkəzinin "Mərmərə" qrupu tərəfindən təşkil olunmuş Avrasiya İqtisadi sammitinin 10-cu iclasında iştirak etmək üçün mayın 2-dən 4-dək İstanbulda səfərdə olacaq. Bu barədə çərşənbə axşamı Milli Məclisin mətbuat xidmətindən məlumat verilib.

Sammitdə beynəlxalq təşkilatların nümayəndələri, görkəmli siyasətçilər, elm və iş adamları iştirak edəcəklər.

Tədbirdə "Enerji geosiyasəti və qlobal iştirakçılar" mövzusu ətrafında geniş fikir mübadiləsi aparılacaq, region ölkələri arasında iqtisadi, mədəni, turizm sahələrində qarşılıqlı münasibətlər müzakirə olunacaq.

Sonra Asəf Hacıyev mayın 7-8-də Berlində keçiriləcək Cənub-Şərqi Avropa Assosiasiyasının və Almaniya Federal Xarici İşlər İdarəsinin birgə təşkil etdikləri beynəlxalq konfransda iştirak edəcək.

Konfransda "Avropa İttifaqı və Qara dəniz regional əməkdaşlığı" mövzusunda müzakirələr aparılacaq. Tədbirin gündəliyinə vətəndaş cəmiyyətinin rolunun artırılması, gənclər siyasəti, mütəşəkkil cinayətkarlıqla mübarizə, miqrasiya, ətraf mühit və s. məsələlər də daxil edilib.

Xəbər lenti

Xəbər lenti