...

Məhkəmədə Dövlət Əmlak Komitəsinin sədrinə qarşı iddiaya baxılır

Siyasət Materials 2 May 2007 13:32 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir S.İlhamqızı/ Azadlıq Partiyasının Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsinin sədrinə qarşı Xətai rayon məhkəməsində qaldırdığı iddia ilə bağlı çərşənbə günü hazırlıq iclası keçirilib. Bu barədə Azadlıq Partiyasının sədri Əhməd Oruc məluma verib.

Azadlıq Partiyası qərargahla təmin olunmaqla bağlı müraciətlərinə cavab almadığına görə Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsinin sədri Kərəm Həsənovu məhkəməyə verib, onu vəzifə səlahiyyətlərini icra etməməkdə günahlandırır.

Hakim Rauf Əhmədovun sədrliyi ilə keçən məhkəmə iclasında ididaçı tərəfi Əhməd Oruc, cavabdeh tərəfi Dövlət Komitəsinin sektor müdiri Namiq İbrahimli təmsil edib.

Hər iki tərəfin nümayəndəsi dinlənilib. Hakim iddiaya mahiyyəti üzrə baxılması üçün prosesi mayın 11-i saat 15.00-a təyin edib.

Hakim həmçinin tərəflərə növbəti məhkəmə iclasına qədər problemi öz aralarında həll etməyi də tövsiyə edib. Dövlət Komitəsinin nümayəndəsi partiyanın şikayətinin araşdırılacağını deyib.

Xəbər lenti

Xəbər lenti