...

Brüsseldə Azərbaycanın NATO ilə fərdi tərəfdaşlıq Planının həyata keçirilməsinin qiymətləndirilməsi yüksək səviyyədə aparılıb

Siyasət Materials 2 May 2007 20:35 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend müxbir E.Hüseynov/ Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov mayın 2-si Brüsseldə Azərbaycanın NATO ilə fərdi tərəfdaşlıq Planının (IPAP) həyata keçirilməsini müzakirə edib. Bu barədə məlumatı çərşənbə günü Azərbaycan XİN mətbuat xidməti verib.

Görüş Azərbaycandan olan nümayəndə heyətinin iştirakı ilə NATO-nun Şimali Atlantik Şurası çərçivəsində keçirilib. Nazir Azərbaycanın bu plan üzrə fəaliyyəti və əldə olunmuş nəticələr barədə məlumat verib. Öz çıxışında Dağlıq Qarabağ münaqişəsinə toxunan Məmmədyarov məsələnin yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinin mümkünlüyünü bildirib. Nazir NATO səfirlərini maraqlandıran sualları cavablandırıb.

Səfər zamanı NATO rəhbərliyi ilə keçirilən ikitrərəfli məsləhətləşmələrdə ikitərəfli əməkdaşlığın inkişafı, IPAP-ın icrası, Ermənistan-Azərbaycan münaqişəsi və regiondakı vəziyyət müzakirə olunub.

IPAP proqramı iki il bunadan öncə Azərbaycan prezidentinin Belçikaya səfəri zamanı Brüsseldə imzalanıb. Mart ayında nazir bildirmişdi ki, Brüsselə səfərin məqsədi "Bizim düzgün hərəkət edib-etməməyimiz, düzgün istiqamətdə getməyimiz" kimi məsələlər barədə ortaq məxrəcə gəlinməsidir.

"NATO ilə əməkdaşlıq etmək böyük təcrübədir. Biz NATO standartlarını mənimsəyirik. Onlar bizim üçün maraqlıdır. Buna görə də bütün kompleks, üstəgəl siyasi məsələlərə baxılacaq: Biz regionda öz təhlükəsizlik memarlığımızı necə quracağıq. Bu məsələdə də tərəfdaşlarımızın fikrini bilmək bizim üçün vacibdir" - deyə o bildirib.

Xəbər lenti

Xəbər lenti