...

Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri növbəti dəfə bu posta namizəddir

Siyasət Materials 4 May 2007 11:54 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir S.İlhamqızı/ Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) növbəti qurultayında Əli Kərimli növbəti dəfə sədrliyə namizəd olacaq. Bu barədə Kərimli özü açıqlama verib.

Onun sözlərinə görə, qurultay bu ilin sonunda keçiriləcək. "Hazırda qurultaya hazırlıq üzrə rayon təşkilatlarının konfransları keçirilir. Qurultayda Nizamnaməyə uyğun məsələlərə baxılacaq, partiyanın rəhbərliyi yenidən seçiləcək" - deyə Kərimli məlumat verib.

Kərimlinin sözlərinə görə, ondan başqa sədrliyə iddia edən şəxslər hələki yoxdur.

Qeyd edək ki, müxalifəti təmsil edən AXCP hazırda "Azadlıq" siyasi blokunun üzvü və həmtəsisçisidir. Partiyanın qurucusu və 2000-ci ilə qədər sədri Azərbaycanın eks-prezidenti mərhum Əbülfəz Elçibəy olub. 2000-ci ildən indiyədək AXCP-yə keçmiş dövlət katibi, sabiq deputat Əli Kərimli sədrlik edir.

Xəbər lenti

Xəbər lenti