...

Parlamentlərarası dostluq qrupunun həmsədri: "Hakimiyyətə gələcək qüvvədən asılı olmayaraq, Azərbaycan-Türkiyə strateji münasibətləri dəyişməyəcək"

Siyasət Materials 4 May 2007 12:59 (UTC +04:00)
Parlamentlərarası dostluq qrupunun həmsədri: "Hakimiyyətə gələcək qüvvədən asılı olmayaraq, Azərbaycan-Türkiyə strateji münasibətləri dəyişməyəcək"

Azərbaycan, Bakı / Trend müxbir E.Hüseynli/ Azərbaycan-Türkiyə parlamentlərarası dostluq qrupunun həmsədri Nizami Cəfərov cümə günü bəyan edib ki, hansı qüvvənin, partiyanın hakimiyyətə gəlməsindən asılı olmayaraq, Türkiyə ilə Azərbaycanın münasibətləri dəyişməyəcək. Çünki Azərbaycanla Türkiyə arasında strateji əməkdaşlıq münasibətləri mövcuddur. Cəfərov Trend ə eksklüziv açıqlamasında bildirib ki, Azərbaycan Türkiyədə hakimiyyətə gələcək qüvvənin yenə də Atatürk ideyalarına sadiq qalmasını arzulayır. Millət vəkilinin sözlərinə görə, Türkiyədə yaranan narahatçılığın aradan qaldırılması üçün hakimiyyətə iddialı olan Ədalət və İnkişaf Partiyası xalqı inandırmalıdır ki, onların islahatları Atatürk ideyalarına zidd olmayacaq və dini dövlətin qurulmasına xidmət etməyəcək. Həmçinin bu islahatların Türkiyənin gələcək inkişafı üçün labüd olduğunu izah etməlidir.

"Hakimiyyətdə olan qüvvələr bütün islahatlarla paralel Atatürk ənənələrinə sadiq olduqlarını xalqa nümayiş etdirməlidirlər. Ya da cəmiyyət qəbul etməlidir ki, gedən müəyyən islahatların dərinləşdirilməsinə böyük ehtiyac var. Hər iki tərəf bu məsələlərdə bir-birlərini inandırmalıdır"- deyə Cəfərov bildirib.

Xəbər lenti

Xəbər lenti