...

Azərbaycan prezidenti Almaniyanın Lüdviqshafen şəhərinin merini qəbul edib

Siyasət Materials 4 May 2007 20:42 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend müxbir P.Əmircanov/Azərbaycan prezidenti İlham Əliyev mayın 4-də Almaniyanın Lüdviqshafen şəhərinin meri xanım Yeva Louzenin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Bu barədə Trend AzTV-yə istiandən xəbər verir.

Ölkə prezidenti ölkələrimiz arasında ikitərəfli münasibətlərin ugurla inkişaf etdiyini, son iki ilyarım ərzində iki dəfə Almaniyada rəsmi səfərdə oldugunu, bu səfərlər zamanı Almaniyanın kansleri və eləcə də iş adamları ilə keçirdiyi müxtəlif səviyyəli görüşlərin əməkdaşlıgımızın inkişafı baxımından əhəmiyyətli oldugunu bildirib.

Dövlət başçısı qardaşlaşmış şəhərlər olan Sumqayıt ilə Lüdviqshafen arasında əməkdaşlıgın da ikitərəfli münasibətlərimizin inkişafına töhfələr verəcəyinə əminliyini söyləyib.

Lüdviqshafen şəhərinin meri xanım Yeva Louze Azərbaycanla tanışlıgın onlarda böyük təəssürat oyatdıgını, Sumqayıt şəhəri ilə əməkdaşlıga xüsusi önəm verdiklərini vurgulayıb.

Xəbər lenti

Xəbər lenti