...

Politoloq hesab edir ki, Ukrayna KİV-ləri siyasi böhranı şişirdir

Siyasət Materials 5 May 2007 15:37 (UTC +04:00)
Politoloq hesab edir ki, Ukrayna KİV-ləri siyasi böhranı şişirdir

Azərbaycan, Bakı/ Trend müxbir A.Qasımova/ Ukraynanın müxalifətyönlü KİV-ləri Ukrayna parlamentinin Ali Radasına seçkilərin 24 iyunda keçirilməsinin texniki mümkünsüzlüyü barədə bəyanatı həddən artıq böyüdüblər. Ukraynalı politoloq, "Sofiya" Sosial Araşdırmalar Mərkəzinin direktoru Andrey Yermolayev hesab edir ki, müxalif siyasi qüvvələrə doğru yönəlmiş KİV-lər parlamentin qərarını biraz şişirdiblər.

Ukrayna prezidenti fərmanla parlament seçkilərinin tarixini 27 maydan 24 iyuna dəyişmişdi. Viktor Yuşenko bu addımı MSK-nın iki ay öncədən Mərkəzi Seçki Komissiyasında kvorumun olmaması ilə bağlı müraciəti nəzərə alaraq atdığını bildirmişdi. Belə ki, bu,"ciddi çətinliklər yaradır və mahiyyət etibarilə mayın 27-də Ali Radaya seçkilərin keçirilməsini mümkünsüz edir". Parlament isə 24 iyunda seçkilərin keçirlməsini mümkünsüz hesab edərək fərmanı ləğv etmək barədə prezidentə müraciət edib.

Son iki gündə Ukraynada məsləhətləşmələr prezident-baş nazir səviyyəsində gedirdi və dünənki danışıqlardan sonra ümumi həmrəylik elan edildi, Bildirildi ki, seçkilər olacaq və artıq seçkilərin keçirilməsi barədə müzakirələr aparılmır. Koalisiyalar, koalisiyaların liderləri, prezident və siyasətçilər arasında dialoq əsasən son qərarla bağlı seçkilərin fərqli tarixlərdə keçirilməsinin lazımiliyi ilə bağlı aparılırdı.

"Bu yolla iki həftə müddətində dialoq qanunvericilik bazası və seçki qaydalarının razılaşdırılması üzrə aparılırdı. Bu isə iki qərarın - həm prezident, həm də parlament qərarının olması ilə bağlı idi"-deyə Yermolayev bildirib. "Prezidentin və parlamentin açıq mövqeyi elan olunduqdan sonra seçkilərlə bağlı müzakirələr aparılmır. Seçki prosedurlarının hazırlanması və seçkilərin tarixilə bağlı məsələni həll edəcək İşçi Qrup yığılır. Bu danışıqlara qədər söyləniləndir. Aydındır ki, 24 iyuna qədər seçkiləri keçirmək mümkün deyildi, siyasi kompromis olmadan da seçkiləri keçirmək mümkün deyildi" - deyə politoloq izah edib.

Baş nazir Yanukoviçin koalisiya tərəfindən ona verilmiş səlahiyyətləri aşması və parlamentdə koalisiya iştirakçıları tərəfindən tənqid olunması barədə bəyanata toxunan politoloq: "prinsipial landa heç bir sensasiya görmürəm" - deyib.

"Seçkilər barədə vəziyyət son bir neçə gündə müəyyənləşəcək" - deyə Yermolayev söyləyib.

Xəbər lenti

Xəbər lenti