...

Azərbaycanın müxalifət partiyası qurultay keçirəcək

Siyasət Materials 7 May 2007 12:18 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir S.İlhamqızı/ Bu il Vəhdət Partiyası növbəti qurultayını keçirəcək. Bu barədə partiyanın sədri Tahir Kərimli açıqlama verib.

Onun sözlərinə görə, ilin ortalarında partiyanın Baş Məclisinin sessiyası keçiriləcək. Məclis partiya qurultayının keçirilməsi barədə qərar çıxaracaq, qurultayın vaxtını təyin edəcək. Məclis həmçinin 2008-ci ildə Azərbaycanda keçiriləcək prezident seçkiləri ilə bağlı məsələni müzakirə edəcək.

Qurultayda Vəhdət Partiyasının yeni siyasi kursu təsdiq ediləcək. Yeni kursa əsasən, qurultay Vəhdət Partiyasının 2008-ci il prezident seçkilərində indiki dövlət başçısı İlham Əliyevi dəstəkləməsi barədə qərar çıxaracaq.

Kərimli onu da deyib ki, hazırda partiyanın rayon təşkilatlarında iş gücləndirilib, bir sıra təşkilatları yerli qərərgahlarla təmin olunub.

Xəbər lenti

Xəbər lenti