...

"Ədalət Partiyası heç bir bloka və ittifaqa qoşulmaq niyyətində deyil" -partiyanın sədri İlyas İsmayılov

Siyasət Materials 10 May 2007 16:29 (UTC +04:00)
"Ədalət Partiyası heç bir bloka və ittifaqa qoşulmaq niyyətində deyil" -partiyanın sədri İlyas İsmayılov

Azərbaycan, Bakı / Trend müxbir S.İlhamqızı/ Azərbaycanın müxalifətyönlü Ədalət Partiyası heç bir siyasi bloka və ittifaqa qoşulmaq niyyətində deyil. Bu barədə partiyanın sədri İlyas İsmayılov açıqlama verib.

O bildirib ki, bir neçə müxalifət partiyasının təsis etdiyi "Demokratiya Uğrunda İttifaq" yaradılarkən Ədalət Partiyası bu quruma qoşulmadı. İsmayılov həmçinin Azadlıq Partiyasının Ədalət Partiyasına birləşməsi ilə bağlı danışıqların səngidiyini deyib. İsmayılovun sözlərinə görə, bu partiyaların birləşməsi gözlənilmir: "Bu istiqamətdə intensiv danışıqlar aparılmadığından partiyaların birləşməsi, yaxud da bir blokda təmsil olunması planda yoxdur"-deyə İsmayılov qeyd edib.

İsmayılov onu da deyib ki, Ədalət Partiyası qarşıdan gələn prezident seçkilərində iştirak edəcək.

Müxalifətyönlü Ədalət Partiyasının sədri İsmayılov Milli Məclisin deputatıdır.

Xəbər lenti

Xəbər lenti