...

Azərbaycan Mərkəzi Seçki Komissiyasının nümayəndəsi Şimali İrlandiyadakı seçkiləri müşahidə edəcək

Siyasət Materials 11 May 2007 11:45 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir E.Hüseynli/ Azərbaycan Mərkəzi Seçki Komissiyasının (MSK) Beynəlxalq əlaqələr şöbəsinin müdiri Rövzət Qasımov mayın 24-də Şimali İrlandiyada keçiriləcək parlament seçkilərini müşahidə etmək üçün ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun Qiymətləndirmə Missiyasının tərkibində mayın 17-də bu ölkəyə gedəcək. Bu barədə cümə günü MSK-nın mətbuat xidmətinin rəhbəri Azər Sarıyev məlumat verib.

Sarıyevin sözlərinə görə, missiya parlament seçkilərinin nəticələrini qiymətləndirəcək və rəy verəcək.

Qasımov mayın 29-da Azərbaycana qayıdacaq.

Xəbər lenti

Xəbər lenti