...

Krakovdakı enerji sammiti çərçivəsində GUAM dövlət başçılarının görüşü planlaşdırılır

Siyasət Materials 11 May 2007 16:30 (UTC +04:00)

Ukrayna, Kiyev /müx. Trend Z.Novosvitski/ Krakovda keçirilən enerji sammitində GUAM dövlət başçılarının görüşü nəzərdə tutulur. Bu barədə Ukrayna prezidentinin mətbuat xidməti Viktor Yuşenkonun Krakova səfərinin proqramına istinadən yaydığı məlumatda bildirilir.

Verilən xəbərə görə, GUAM dövlət başçıları qurumun Kiyevdəki Katibliyinin fəaliyyətə başlamasını müzakirə etmək niyyətindədir. Eyni zamanda söhbət əsnasında GUAM-ın Bakı sammitinə hazırlıqla bağlı məsələlər müzakirə olunacaq. Qeyd edək ki, GUAM-ın Bakıdakı sammiti bu ilin iyununa planlaşdırılır.

Krakovda keçirilən qeyri-rəsmi enerji sammitində Azərbaycan prezidenti İlham Əliyev, Polşa prezidenti Lex Kaçinski, Ukrayna prezidenti Viktor Yuşenko, Gürcüstan prezidenti Mixail Saakaşvili, Litva prezidenti Valdas Adamkus, habelə Qazaxıstanın energetika və mineral resurslar naziri Baktikoja İzmuxambetov iştirak edir.Sammitin ideyasının əsasında enerji daşıyıcılarının istər milli iqtisadiyyatlar üçün, istər də "Şərq-Qərb" istiqaməti üçün maneəsiz nəqlinin kompleks təminatlarının işlənib hazırlanması dayanır. Plana görə, bu təminatlar Enerji xartiyasının müvafiq bəndi ilə istehsalçılar, tranzit öləkələr və istehlakçıların maraqlarını uyğunlaşdırmalıdır.

Xəbər lenti

Xəbər lenti