...

Prezdent İlham Əliyev: Xəzər, Qara və Baltik dənizi regionları vahid regiona çevrilir

Siyasət Materials 12 May 2007 11:29 (UTC +04:00)
Prezdent İlham Əliyev: Xəzər, Qara və Baltik dənizi regionları vahid regiona çevrilir

Azərbaycan,Bakı/müxbir Trend S.Ağayeva/Enerji təhlükəsizliyi hazırda Avropanı maraqlandıran ən vacib məsələlərdən biridir, Azərbaycan isə energetika sahəsində böyük potensiala malikdir və regional əməkdaşlığa əhəmiyyətli töhfə verə bilər. Bu barədə Azərbaycan prezidenti İlham Əliyev Polşanın Krakov şəhərində enerji sammitinin yekunlarına həsr olunmuş mətbuat konfransında bəyan edib. Sammit Krakovda beş dövlət - Azərbaycan, Ukrayna, Gürcüstan, Polşa, Litva prezidentləri, həmçinin Qazaxıstanın energetika və təbii resruslar nazirinin müavininin iştirakı ilə keçib.

Dövlət başçısı qeyd edib ki, Azərbaycanın yeni neft-qaz yataqları və karbohidrogenlərin nəqli üçün ixrac boru kəmərləri var. Bu gün ölkə müxtəlif marşrutlar üzrə təbii resurslarını Avropa və dünya bazarlarına çatdırır. "Energetika sahəsində əməkdaşlıq üzrə qarşıda konkret işlər var", - deyə prezident bildirib.

Əliyev vurğulayıb ki, Xəzər, Qara və Baltik dənizi regionları vahid regiona çevrilir.

Polşa prezidenti Lex Kaçinskinin təşəbbüsü ilə keçirilmiş sammitin yekunlarına əsasən kommünike qəbul edilib. Həmin sənəddə ilk növbədə nəqliyyat infrastrukturunun inkişafı, neft və qazın Avropa və dünya bazarlarına nəqli, Baltik, Qara və Xəzər dənizi ölkələrinin əməkdaşlığı, Avrointeqrasiya məsələləri əks olunub.

Birgə sənəddə nəzərdə tutulan məsələlər sammitdə təmsil olunan ölkələrə konkret layihələr həyata keçirməyə imkan verəcək.

Xəbər lenti

Xəbər lenti