...

Makedoniyada dondurulmuş münaqişələrlə bağlı dinləmələr keçiriləcək

Siyasət Materials 14 May 2007 15:25 (UTC +04:00)

Azərbaycan, Bakı /müx. Trend İ.Əlizadə/ Mayın 15-də Skopyedə (Makedoniya) Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) Monitorinq Komitəsinin iclası keçiriləcək. Burada dondurulmuş münaqişələrlə bağlı dinləmələr olacaq. Bu barədə bazar ertəsi günü Milli Məclisinin mətbuat xidmətindən məlumat veriblər.

Toplantı zamanı həmçinin AŞ PA-nın Bolqarıstandakı monitorinqinin nəticələri, Moldovanın AŞ PA qarşısında götürdüyü öhdəliklər və digər məsələlər müzakirə olunacaq.

Tədbirdə Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr daimi komissiyasının sədri, Azərbaycanın AŞ PA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov iştirak edəcək.

Xəbər lenti

Xəbər lenti