...

Dövlət Komitəsi Azərbaycanın sağ-mərkəzçi partiyasının müraciətini cavablandırıb

Siyasət Materials 14 May 2007 16:03 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir E.Hüseynli/ Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi qərargah problemi ilə bağlı Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) müraciətini bu gün cavablandırıb. Bu barədə bazar ertəsi AMİP sədrinin təbliğat və mətbuat katibi Əli Orucov məlumat verib.

Müraciətdə qeyd olunub ki, komitə yalnız dövlət orqanlarını bina ilə təmin edə bilər. Ona görə də AMİP-ə qərargah veriməməsində məsuliyyət daşımır.

AMİP qərargahın verilməsi üçün bir neçə dəfə komitəyə və dövlət başçısına müraciət edib.

Partiya 1991-ci ildə dövlət qeydiyyatına alınıb və sağ-mərkəzçi partiyadır. Beynəlxalq Demokrat İttifaqının üzvüdür.

Xəbər lenti

Xəbər lenti