...

Gəncə şəhərində qətl hadisəsi baş verib

Siyasət Materials 15 May 2007 12:39 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir E.Hüseynli/ Azərbaycanın Gəncə şəhərində ölümlə nəticələnən ağır cinayət hadisəsi baş verib. Gəncə şəhər Prokurorluğundan çərşənbə axşamı bildiriblər ki, mayın 11-də şəhər sakini İqor Əliyevin bıçaqla qətlə yetirilmiş meyiti mənzilində tapılıb. Hadisədən dərhal sonra istintaq qrupu yaradılıb və əməliyyat-axtarış tədbirləri həyata keçirilib.

Əməliyyat-axtarış tədbirləri nəticəsində mayın 14-də cinayəti törədən şəxs, şəhər sakini Hüseyn Abbasov həbs edilib. Faktla bağlı Gəncə şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 120-ci maddəsi ilə (qəsdən adam öldürmə) cinayət işi açılıb.

Azərbaycanın Gəncə şəhəri paytaxt Bakıdan 360 kilometr qərbdə yerləşir. Azərbaycanın ikinci ən böyük sənaye şəhəri sayılır. Əhalisi 400 minə yaxındır.

Xəbər lenti

Xəbər lenti