...

Tərtər rayonunun əhalisindən külli miqdarda silah-sursat yığılıb

Siyasət Materials 16 May 2007 12:13 (UTC +04:00)

Azərbaycan, Bərdə / Trend müxbir Ş.Cəliloğlu/ Azərbaycanın Tərtər rayonunun Polis Şöbəsi son bir ay müddətində əhali arasında apardığı profilaktik tədbirlər nəticəsində külli miqdarda silah-sursat aşkarlayıb. Rayon Polis Şöbəsinin rəis müavini Məhərrəm Əiyevin çərşənbə günü verdiyi məlumata görə, hesabat dövründə sakinlərdən bir avtomat, iki təklulə tüfəng, bir qoşalülə tüfəng, bir naqan-tapança, 10 avtomat darağı, külli miqdarda müxtəlif silah qülləsi, iki piyada əleyhinə mina, iki traktor şaşkası, bir "BMP" mərmisi yığılıb. Sakinlərdən təhvil alınan silah-sursatlar Daxili İşlər Nazirliyinin aidiyyatı şöbələrinə göndəriləcək.

Azərbaycanın Tərtər rayonu paytaxt Bakıdan 350 kilometr qərbdə yerləşir.

Xəbər lenti

Xəbər lenti