...

Azərbaycanda dairə seçki komissiyalarının binaları yeniləşdirilir

Siyasət Materials 17 May 2007 18:52 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir S.İlhamqızı/ Dairə seçki komissiyalarının yerləşdiyi binaların təmiri və DSK-lar üçün yeni binaların tikilməsi işləri davam edir. Bu barədə Azərbaycan Mərkəzi Seçki Komissiyasından məlumat verilib.

Ölkə üzrə bütün dairə seçki komissiyalarının (125 DSK) bəzilərinin binası təmir edilir, bəziləri üçün isə yeni binalar tikilir.

Bu işlərə yerli icra hakimiyyətləri nəzarət edirlər. DSK-ların binalarının yeniləşməsi işləri gələn il keçiriləcək prezident seçkilərinə qədər başa çatacaq.

MSK-dan o da blidirilib ki, qurumun beynəlxalq əlaqələr şöbəsinin müdiri Rövzət Qasımov mayın 24-də Şimali İrlandiyada keçiriləcək parlament seçkiləri ilə bağlı cümə axşamı bu ölkəyə yola düşüb. Qasımov ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun Qiymətləndirmə Missiyasının tərkibində ekspert kimi iştirak edir.

Xəbər lenti

Xəbər lenti