...

Azərbaycan prezidenti NATO Parlament Assambleyası sədrinin müavinini qəbul edib.

Siyasət Materials 17 May 2007 20:30 (UTC +04:00)

Azərbaycan,Bakı/müxbir Trend P.Əmircanov/Azərbaycan prezidenti İlham Əliyev cümə axşamı NATO Parlament Assambleyası sədrinin müavini, Rumıniya parlamentinin NATO PA-dakı nümayəndə heyətinin rəhbəri Mihail Lupoinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Mihail Lupoi bildirib ki, bir neçə gün öncə Rumıniya hökuməti Heydər Əliyev Fondunun Cənub-Şərqi Avropa üzrə nümayəndəliyinin rəsmi qeydiyyata alınmasının bəyənilməsi haqqında yekdilliklə qərar qəbul edib.

Prezident İlham Əliyev Rumıniya hökumətinin belə bir qərar qəbul etməsini yüksək qiymətləndirib.

Görüşdə Azərbaycan ilə Rumıniya arasında ikitərəfli münasibətlər, o cümlədən parlamentlərarası əlaqələr, habelə ölkəmizin NATO Parlament Assambleyası ilə əməkdaşlığı məsələləri ətrafında fikir mübadiləsi aparılıb.

Xəbər lenti

Xəbər lenti