...

MSK sədri: Azərbaycan hökuməti, Venessiya Komissiyası və ATƏT növbəti görüşünü Starsburqda keçirəcək

Siyasət Materials 17 May 2007 20:58 (UTC +04:00)
MSK sədri: Azərbaycan hökuməti, Venessiya Komissiyası və ATƏT növbəti görüşünü Starsburqda keçirəcək

Azərbaycan, Bakı/ Trend müxbir A.İsmayılova/ Mayın 30-da Strasburqda Avropa Şurasının Venessiya Komissiyası, ATƏT və Azərbaycan hökumətinin Seçki Məcəlləsinin təkmilləşdirilməsi üzrə növbəti görüşü keçiriləcək. Bu barədə cümə axşamı Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov Məlumat verib.

Onun sözlərinə görə, görüşdə Seçki Məcəlləsinin seçki komissiyalarının formalaşdırılması hissəsinin müzakirə olunacağı gözlənilir.

Bakıda keçirilən ötən görüşdə isə seçki prosesi dövründə şikayətlərə baxılması haqqında qanunun maddələrinin müzakirəsi aparılıb, həmçinin Seçki Məcəlləsində bəzi dəyişikliklər razılaşdırılıb.

Venesiya Komissiyasından daha öncə Trend ə verilən məlumata görə, payızda Azərbaycanın Seçki Məcəlləsinə edilmiş dəyişikliklərılə bağlı yekun hesabat hazırlanacaq.

Bundan əlavə, AŞ PA yaz sessiyasında Seçki Məcəlləsinin təkmilləşdirilməsi işinin 2008-ci ilin yanvarına qədər başa çatdırmaq məsləhət görülüb.

Xəbər lenti

Xəbər lenti