...

Türkiyə səfiri: "Gəncə şəhərində Türkiyənin Konsulluğu açıla bilər"

Siyasət Materials 18 May 2007 18:27 (UTC +04:00)
Türkiyə səfiri: "Gəncə şəhərində Türkiyənin Konsulluğu açıla bilər"

Azərbaycan, Bakı / Trend , müxbir V.Məmmədov/ Azərbaycanın Gəncə şəhərində Türkiyənin Konsulluğu açıla bilər. Bu barədə Gəncədə səfərdə olan Türkiyənin Azərbaycandakı fövqəlada və səlahiyyətli səfiri Hüseyn Avni Qarslıoğlu cümə günü açıqlama verib.

Səfir Gəncə şəhərinin icra başçısı Eldar Əzizovla görüşündə Turkiyə ilə Azərbaycanın regionları arasında iqtisadi, mədəni əlaqələr genişləndirilməsi, turizm və kənd təsərrüfatı yönündə işlərə başlanılması məsələlərini müzakirə edib. Həmçinin Anadolu türk liseyinin Gəncədə filialının açılması istiqamətində məsləhətləşmələr aparılıb: "Çox vaxt sərf etmədən iqtisadi əlaqələrin genişləndirilməsi istiqamətində əsaslı işlər görməli, Türkiyə ilə Azərbaycanın iş adamlarının sıx əlaqəsinə nail olmalıyıq. Bu əməkdaşlığa kənd təsərrüfatı sahəsindən başlamaq daha məqsədəuyğundur. Məsələn, Türkiyədə istifadə olunan və yaxşı nəticələri olan təcrübələri, yaxşı meyvə-tərəvəz növlərini Azərbaycanın rayonlarında kənd təsərrüfatında tədbiq edərək, alınan məhsulu dünya bazarına çıxarmaq olar" - deyə səfir bildirib.

Səfir Qarslıoğlu Gəncənin bir neçə fabrik və zavoduna da baş çəkib.

Xəbər lenti

Xəbər lenti