...

İran prezidenti Azərbaycana rəsmi səfər edəcək

Siyasət Materials 19 May 2007 12:40 (UTC +04:00)
İran prezidenti Azərbaycana rəsmi səfər edəcək

İran İslam Respublikasının prezidenti Mahmud Əhmədinejad yaxın zamanlarda Azərbaycana rəsmi səfər edəcək. Bu barədə İran İslam Respublikasının Azərbaycandakı səfiri Naser Həmidi-Zare bildirib.

"Səfər yayda baş tutacaq, hazırda isə diplomatik kanallarla İran prezidentinin Azərbaycana ilk rəsmi səfərinə hazırlıq aparılır" - deyə "IRNA" İran səfirinə istinadən bildirir.

Əhmədinejad artıq 2006-cı ildə iki dəfə Azərbaycana gəlib. Birinci dəfə Bakıda İKT sammitində iştirak edib, ikinci dəfə isə Azərbaycan prezidenti ilə birgə İİR-dən Naxçıvana qaz verilməsinin rəsmi açılış mərasimində iştirak edib. Güman edilir ki, qarşıda gözlənilən rəsmi səfərə hazırlıq üçün yaxın zamanlarda Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov İrana səfər edəcək.

Azərbaycan prezidenti 2005-ci ildə İrana rəsmi səfər edib. Danışıqlar zamanı 9 ikitərəfli sənəd imzalanıb.

Xəbər lenti

Xəbər lenti