...

Azərbaycanın RF-dəki səfirliyi RF XİN-ə növbəti etiraz notası təqdim edib

Siyasət Materials 19 May 2007 14:22 (UTC +04:00)

Rusiya,Moskva/müxbir Trend R.Ağayev/Azərbaycan Respublikasının Goranboy rayon ərazisinin tarixi və taleyinə həsr olunmuş 27 may 2007-ci il tarixinə təyin olunmuş "Murovun harayı" konfransı ilə əlaqədar Azərbaycanın Rusiyadakı səfirliyi RF XİN-in MDB ölkələri Departamentinin direktoru A.Kelinlə görüşüb və ona səfirliyin etiraz notasını təqdim edib. Bu barədə Trend ə səfirliyin mətbuat-xidmətindən məlumat verilib.

Səfirliyin notasında qeyd olunub ki, əsas məqsədi Rusiya ictimaiyyətində Ermənistan-Azərbaycan münaqişəsi haqqında təhriflərin yayılmaı və Azərbaycan-Rusiya münasibətlərinə zərərin yetirilməsi olan bu aksiyanın keçirilməsi ikitərəfli münasibətlərin gələcək inkişafına mənfi təsir göstərəcək.

Notada vurğulanıb ki, dəfələrlə təkrar olnmuş bu cür təxribat xarakterli tədbirlər Azərbaycanın ictimai rəyinə və Rusiya Federasiyasındakı Azərbaycan diasporuna olduqca mənfi təsir göstərir. Həmçinin son vaxtlar Azərbaycan-Rusiya münasibətlərinin inkişafında maraqlı olmayan qüvvələr tərəfindən Rusiya Federasiyasında antiazərbaycan təbliğatın formalaşdırılması ilə bağlı ciddi narahatlıq bildirilib. İki ölkənin siyasi rəhbərliyi tərəfindən təmin olunan Azərbaycan və Rusiya arasında çoxtərəfli əməkdaşlıq fonunda bu cür mənfi halların fəallaşması göstərilib.

Səfirlikdən bildirilib ki, bununla bağlı Azərbaycanın diplomatik missiyası Rusiya XİN-ə adıçəkilən tendensiyanın qarşısının alınması üçün kompleks tədbirlərin görülməsi və Azərbaycan-Rusiya münasibətlərinin səviyyəsinə cavab verən mühitin yaradılması ilə bağlı çağırışla müraciət edib.

Xatırladaq ki, RF XİN-ə Azərbaycan səfirliyinin etiraz notası həmçinin 7-ci Beynəlxalq Turizm Sərgisində ayrıca Dağlıq Qarabağ stendinin təqdim olunması ilə də bağlı olub. Səfirlik və Rusiyadakı Azərbaycan ictimaiyyətinin etirazına baxmayaraq, Dağlıq Qarabağ stendi bu il mayın 17-dən 20-dək keçiriləcək adıçəkilən sərgidə "Qostinı Dvor"da təqdim olunub.

Xəbər lenti

Xəbər lenti