...

Azərbaycan Silahlı Qüvvələrinin əməkdaşları bir neçə beynəlxalq tədbirə qatılıb

Siyasət Materials 21 May 2007 11:06 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir E.Hüseynli/ NATO ilə Azərbaycan arasında imzalanmış fərdi proqrama uyğun olaraq, "Sülh naminə tərəfdaşlıq" proqramı çərçivəsində Azərbaycan Silahlı Qüvvələrinin nümayəndələri bu gündən başlayaraq iyunun 1-dək Türkiyənin Ankara şəhərində "Maddi-texniki təminat üzrə tanışlıq" və İzmir şəhərində "Hava məkanına nəzarət və idarəetmə" kurslarında iştirak edir. Bu barədə bazar ertəsi Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Bundan əlavə, Milli Ordunun nümayəndələri mayın 28-dən 31-dək İtaliyanın Roma şəhərində "Sülh naminə tərəfdaşlıq" çərçivəsində təlimatçılar üçün keçiriləcək kurslarda iştirak edəcək.

Azərbaycan ilə Ukrayna arasında imzalanmış ikitərəfli hərbi əməkdaşlıq planına uyğun olaraq nazirliyin əməkdaşları Odessa şəhərində keçirilən "Sea Breaze- 2007" təliminin yekun planlaşdırma konfransına da qatılıblar. Konfrans mayın 24-də yekunlaşacaq.

Xəbər lenti

Xəbər lenti