...

Nazir: Azərbaycanın icazəsi olmadan Rusiya digər ölkələri Qəbələ RLS-in birgə istifadəsinə cəlb edə bilməz

Siyasət Materials 21 May 2007 18:05 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend müxbir S.Ağayeva/ Rusiya Azərbayacanın icazəsi olmadan Qəbələ Radiolikasiya Stansiyasını (RLS) hər hansı başqa ölkə ilə birgə istifadə edə bilməz. Bunu jurnalistlərə bazar ertəsi Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov bildirib. Onun sözlərinə görə, bu məsələ bu gün Rusiya XİN rəhbəri Sergey Lavrovun Azərbaycana rəsmi səfəri çərçivəsində keçirilən görüşdə müzakirə olunub.

"Nazir mənim nəzərimə çatdırdı ki, əgər bu cür danışıqlar olarsa, əlbəttə ki, ilk növbədə Azərbaycan tərəfi məlumatlandırılacaq",-deyə nazir söyləyib.

Məmmədyarov deyib ki, biz təklifi öyrəndikdən sonra öz mövqeyimizi bildirəcəyik.

Ötən həftə Rusiyanın Azərbaycandakı səfiri Vasili İstratov bildirimişdi ki, Rusiaya Qəbələ RLS-in ABŞ-la birgə istifadə olunması məsələsinə baxa bilər. "ABŞ Azərbaycandan icarəyə götürülmüş və Rusiyanın sərəncamında olan Qəbələ RLS-dən məlumatların alınması üçün birmənalı olaraq maraq göstərməyib", - deyə səfir bildirmişdi. Konkret cavablara gəldikdə isə, səfir bildirib ki: "Hər şey ABŞ-ın hansı təkliflər edəcəyindən asılıdır". İndiki halda səfir bu məsələnin qaldırılmasını mümkün hesab edir.

Rusiya Azərbaycanda ballistik raketlərin buraxılışını izləmə sisteminin bir hissəsi olan Qəbələ RLS- i kirayələyib. RLS hələ sovet dövründə SSRİ-nin müdfafiə sisteminin bir hissəsini təşkil edirdi. Azərbaycan müstəqil olduqdan və stansiya onun mülkiyyətinə keçdikdən sonra Rusiya tərəfi Azərbaycanın daxili siyasi həyatında baş verən dəyişikliklərə baxmayaraq stansiyanın birgə istfadə olunmasını təklif edib.

Stansiyanın icarəyə verilməsi barədə 10 illik razılaşma hələ 2002-ci ildə imzalanıb. Qəbələ RLS-lə bağlı məsələ Azərbaycanın daxili siyasi debatlarında və parlamentdə birmənalı müzakirə olunmur. 2004-cü ilin sonunda Ekologiya və Təbii Sərvətlər Nazirliyi stransiyanın elektromaqnit şüalanmasının ətraf mühit və insan sağlamlığına təsiri ilə bağlı monitorinq keçirmək niyyətini bəyan edib.

Müxtəlif yerli ekoloji qurumlar iddia edir ki, Qəbələ RLS-dən yayılan elektromaqnit şüalanması ətraf mühit və insan sağlamlığına mənfi təsir edir.

Xəbər lenti

Xəbər lenti