...

ATƏT regionunda "Beynəlxalq ticarət vasitələrilə sabitliyin və əməkdaşlığın möhkəmləndirilməsi" mövzusunda konfrans keçiriləcək

Siyasət Materials 21 May 2007 18:11 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend , müxbir İ.Əlizadə/ ATƏT Parlament Assambleyasının (ATƏT PA) İqtisadi Komitəsinin təşkilatçılığı ilə mayın 23-də Andorada "Beynəlxalq ticarət vasitələrilə sabitliyin və əməkdaşlığın möhkəmləndirilməsi" mövzusunda iqtisadi konfrans keçiriləcək. Bu barədə Milli Məclisin mətbuat xidmətindən məlumat verilib.

Tədbirdə beynəlxalq ticarət və təhlükəsizlik, bu sahədə Ümumdünya Ticarət Təşkilatının rolu və vəzifələri, beynəlxalq ticarətdə telekommunikasiya texnologiyaları, ətraf mühit, energetika məsələləri və digər mövzular müzakirə olunacaq.

Milli Məclis sədrinin müavini, parlamentin ATƏT Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Bahar Muradovanın başçılığı ilə Azərbaycan nümayəndə heyəti mayın 22-də Andorraya yola düşəcək.

Nümayəndə heyətinin tərkibinə deputatlardan Milli Məclisin Aqrar siyasət daimi komissiyasının sədri Eldar İbrahimov və Fəttah Heydərov daxildirlər.

Xəbər lenti

Xəbər lenti