...

Azərbaycanın MSK sədri: "Qanunvericiliyə əsasən, gələnilki prezident seçkiləri oktyabrın 15-də keçirilməlidir"

Siyasət Materials 21 May 2007 19:35 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir S.İlhamqızı/ Azərbaycanda gələnilki prezident seçkiləri qanuna əsasən, oktyabrın 15-də keçirilməlidir. Bu barədə bazar ertəsi Azərbaycan Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov məlumat verib.

O bildirib ki, seçki qanunvericiliyinə görə, növbəti prezident seçkiləri 2008-ci il oktyabr ayının üçüncü həftəsinin üçüncü gününə təsadüf edir. Bu da gələn 15 oktyabrda seçki keçirilməsinə əsas verir.

Pənahovun sözlərinə görə, səsvermə gününə 120 gün qalmış seçki prosesinə start veriləcək.

Xatırladaq ki, Azərbaycanda sonunca prezident seçkiləri 2003-cü ilin 15 oktyabrında keçirilmişdi. Qanunvericiliyə görə, ölkə prezidenti beş ildən bir seçilir.

Xəbər lenti

Xəbər lenti