...

Ermənistan Silahlı Qüvvələri bir neçə istiqamətdə atəşkəsi pozub

Siyasət Materials 22 May 2007 12:58 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir E.Hüseynli/ Ermənistan Silahlı Qüvvələri mayın 21-dən 22-nə keçən gecə Tərtər rayonunun ərazisindəki işğal olunmuş yüksəkliklərdə yerləşən mövqelərindən, həmçinin Ağdam rayonunun Cəvahirli kəndinin iki kilometr cənub-şərqində yerləşən mövqelərindən Azərbaycan Milli Ordusunun üzbəüz mövqelərini atəşə tutublar. Bu barədə çərşənbə axşamı Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, hər iki mövqelərdə atəşkəsin pozulması bir saata yaxın davam edib. Milli Ordunun əsgərləri cavab atəşilə düşməni susdurub, itki yoxdur.

Xəbər lenti

Xəbər lenti