...

Səfir Lenk: "Azərbaycan İslam aləminin digər yerlərində görmək istədiyimiz model ölkədir"

Siyasət Materials 22 May 2007 15:01 (UTC +04:00)
Səfir Lenk: "Azərbaycan İslam aləminin digər yerlərində görmək istədiyimiz model ölkədir"

ABŞ, New-York / Trend müxbir Ə.Qara/ Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov və İsrailin ölkəmizdəki səfiri Artur Lenk, Başlıca Yəhudi Qurumları Başqanları Konfransının mayın 21-də New-Yorkda təşkil olunmuş tədbirinə qatılıblar.

Tədbirdəki çıxışında İbrahimov azərbaycanlılar və yəhudilər arasındakı uzunmüddətli birgə yaşayış təcrubəsindən və Azərbaycandakı yüksək dini dözümlülükdən danışıb. "Sovet İttifaqında antisemitizmin baş alıb getdiyi vaxtlarda belə, Azərbaycanda belə bir problem olmayıb. Hal-hazırda ölkəmizdə 16.000 yəhudi yaşayır, bununla yanaşı, qeydiyyatdan keçmiş yeddi yəhudi qurumu, çox sayda sinaqoq, mədəniyyət mərkəzləri və məktəblər fəaliyyət göstərir" - diyə o bildirib.

İbrahimov eyni zamanda Azərbaycan və İsrail arasındakı sıx əlaqələrə toxunub: "İsrail dünyada Azərbaycanı tanıyan ilk dövlətlərdən biridir. Bü gün bizim dünyadakı bir çox yəhudi qurumları ilə sıx əlaqələrimiz var. Yaxında mən özüm İsraildə Azərbaycandan miqrasiya etmiş yəhudilərin təşkilatlanmaq üçün yığışdıqları görüşdə iştirak etmişəm. Bu insanlar ölkələrimiz arasındakı insan əlaqələrinin əsasını təşkil edir".

Təbdirdə iştirak edən İsrailin ölkəmizdəki səfiri Lenk Azərbaycan və İsrail arasındakı sıx əlaqələrin mədəniyyətlər arasındakı qarşıdurmadan dəm vuranlara veriləcək ən yaxşı cavab olduğunu söyləyib. "Dünyəvi və dözümlü Azərbaycan İslam aləminin digər yerlərində görmək istədiyimiz model ölkədir" - deyə səfir Lenk qeyd edib.

Səfir Lenk eyni zamanda Azərbaycan və İsrail arasındakı əlaqələrin çoxyönlü olduğunu və qarşılıqlı mənfəətlərə əsaslandığını söyləyib. O da Azərbaycandakı yəhudi icmasının və İsraildəki Azərbaycandan miqrasiya edənlərin ölkələr arasında insan körpüsü olması barədə düşündüyünü bildirib. "Azərbaycan İsrailin enerji təhlükəsizliyi üçün çox əhəmiyyətlidir. Hal-hazırda İsrail neft ehtiyacının 16 faizini Azərbaycan hesabına təmin edir. Azərbaycan və İsrailin başqa ortaq təhlükəsizlik maraqları da var. İran barəsində bizi maraqlandıran bəzi məsələlər Azərbaycanı da narahat edir. Bundan əlavə, İsrailin Azərbaycandakı iqtisadi maraqları sadəcə enerji sahəsində deyil. 2005-ci ildən bəri İsrailin Azərbaycana ixracatı 400 faiz artıb və İsrail şirkətləri iri Azərbaycan lahiyələrində yer alırlar" - deyə səfir öz məruzəsində bildirib.

Xəbər lenti

Xəbər lenti