...

İsrail Knesseti Azərbaycanın dövlət müstəqilliyinin 15-ci ildönümünə həsr olunmuş xüsusi yığıncaq keçirəcək

Siyasət Materials 23 May 2007 11:15 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend , müxbir İ.Əlizadə/ "İsrail-Azərbaycan" Beynəlxalq Assosiasiyasının təşəbbüsü ilə mayın 24-də İsrail Knessetinin Azərbaycanın dövlət müstəqilliyinin 15-ci ildönümünə həsr olunmuş təntənəli yığıncağı keçiriləcək. Bu barədə çərşənbə axşamı Milli Məclisin mətbuat xidmətindən məlumat verilib.

Yığıncaqda Azərbaycan-İsrail parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvləri Lalə Abbasova və Səfər Məmmədov iştirak edəcəklər. Millət vəkilləri bu məqsədlə mayın 23-dən 26-dək Qüdsdə səfərdə olacaqlar. Tədbirdə İsrail parlamentinin deputatları, hökumət təmsilçiləri, ölkədə yaşayan Azərbaycan diasporunun nümayəndələri iştirak edəcəklər.

Azərbaycanlı deputatların iclasda çıxışı nəzərdə tutulub.

Xəbər lenti

Xəbər lenti