...

Partiya rəhbəri Dövlət Komitəsinin sədrinə qarşı vəsatət qaldırıb

Siyasət Materials 23 May 2007 11:26 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir S.İlhamqızı/ Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsinin sədri Kərəm Həsənovu məhkəməyə verən Azadlıq Partiyasının sədri Əhməd Oruc məhkəmədə növbəti vəsatət qaldırıb. Bu barədə çərşənbə günü Əhməd Oruc məlumat verib.

Qeyd edək ki, Əhməd Oruc Xətai rayon məhkəməsindən Dövlət Komitəsinin sədri Kərəm Həsənovun Azadlıq Partiyasına qərargah ayırmasına dair müddətli qərar çıxarmasını tələb edir. Bu iddia üzrə keçirilən məhkəmə iclasında Komitə sədrini Namiq İbrahimli təmsil edib. Əhməd Oruc cavabdeh tərəfin nümayəndəsinin etibarnaməsinin surətini təqdim etməsini istəyib. Partiya sədri həmin vəkalət sənədini əldə edə bilmədiyi üçün Namiq İbrahimlinin məhkəmədə Kərəm Həsənovu şəxsən təmsil etmək hüququnun olmamasına dair vəsatət qaldırıb.

Oruc vəsatətlə bərabər Xətai rayon məhkəməsinə xəbərdarlıq və etirazını bildirib.

Qarşı tərəfin nümayəndəsi isə partiya sədrinin Dövlət Komitəsinə qarşı iddiasının əsassız olduğunu bəyan edib.

Məhkəmə prosesi qeyri-müəyyən vaxta təxirə salınıb.

Xəbər lenti

Xəbər lenti