...

Müxalifət partiyası yürüş-mitinqi təxirə saldı

Siyasət Materials 24 May 2007 16:05 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir S.İlhamqızı/ Müsavat Partiyası mayın 27-nə təyin etdiyi yürüş-mitinqini təxirə saldı. Bu barədə cümə axşamı partiyadan məlumat verilib.

Partiyanın müraciətinə cavab olaraq Bakı şəhər İcra Hakimiyyəti aksiyanın mayın 27-də deyil, 26-da keçirilməsinə razılıq verib. Partiya İcra Hakimiyyətinin bu cavabından sonra qərarını dəyişib. Partiyadan bildirilib ki, şənbə günü insanların əksəriyyətinin iş vaxtına təsadüf etdiyindən həmin gün kütləvi aksiyanın təşkili məqsədəuyğun deyil.

Müsavat Partiyasından bildirilib ki, havaların isti keçməsi ilə əlaqədar növbəti aksiyalar yay mövsümünün sonuna qədər təxirə salına bilər.

Xəbər lenti

Xəbər lenti