...

Millət vəkili: "Təhsil haqqında" yeni qanun bazar iqtisadiyyatına və Avropa strukturlarına sürətlə inteqrasiya edən cəmiyyətin tələblərinə cavab verir"

Siyasət Materials 24 May 2007 19:22 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend , müxbir İ.Əlizadə/ "Təhsil haqqında" yeni qanun bazar iqtisadiyyatına və Avropa strukturlarına sürətlə inteqrasiya edən cəmiyyətin müvafiq tələblərinə cavab verən bir qanundur. Bu barədə cümə axşamı Bakıda Milli Məclisin Elm və təhsil məsələləri daimi komissiyasının sədr müavini, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, millət vəkili Bəxtiyar Əliyev məllumat verib.

"Hesab edirəm ki, bu qanun işlək bir qanun olacaq. Eyni zamanda Azərbaycanda təhsilin inkişafına, yüksək ixtisaslı kadrların hazırlanmasına və ölkə təhsilinin dünya təhsil standartlarına cavab verməsinə zəmin yaradır", -deyə millət vəkili bildirib.

Cümə günü Milli Məclisin Elm və təhsil məsələləri daimi komissiyasının genişləndirilmiş iclası keçirildiyini deyən komissiya sədrinin müavini vurğulayıb ki, "Təhsil haqqında" qanunla əlaqədar olan müvafiq icra hakimiyyəti orqanları - Təhsil, Vergilər, Maliyyə nazirliklərinin, Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının nümayəndələri, ali məktəb rektorları və orta məktəb direktorları iştirak ediblər. Komissiyanın iclasına Milli Məclisin sədri Oqtay Əsədov rəhbərlik edib.

"İclasda çox dəyərli təkliflər verilidi. Yəqin ki, komissiyanın növbəti iclasında bu təkliflər müzakirə olunacaq və qanun layihəsi həmin təkliflər nəzərə alınmaqla Milli Məclisin gündəliyinə təklif edilcək", -deyə millət vəkili bildirib.

O qeyd edib ki, mayın 31-də parlamentin yaz sessiyası başa çatacaq: "Bu qanunun qəbulu zamanı tələskənliyə yol vermək olmaz. Komissiya bu müddət ərzində işləyəcək. Çox guman ki, Milli Məclisin payız sessiyası "Təhsil haqqında" qanunun birinci oxunuşda müzakirəsi ilə başlayacaq".

"Təhsil haqqında" qanunun qəbul olunması ilə bağlı maraqlı tərəflər arasında razılığın olub-olmamasına dair suala cavab olaraq komissiyanın sədr müavini qeyd edib ki, məsələyə bu cür yanaşmaq o qədər də düzgün deyil. O vurğulayıb ki, hər kəsin məsələyə bir yanaşması var və buna normal baxmaq lazımdır: "Lakin təhsil dövlətin ən prioritet sahələrindən biridir və dövlətin siyasətidir. Bu siyasəti işləyib hazırlayan isə ölkə prezidentidir. Qanunda nəzərdə tutulan salahiyyətləri və bu siyasəti müvafiq icra hakimiyyəti orqanları həyata keçirir. Ölkə prezidenti qanunun qüvvəyə minməsi üçün onu imzalayarkən eyni zamanda ayrıca fərman da imzalayır və qanunun qüvvəyə minməsi qaydalarını müəyyənləşdirir. Bu zaman qanunun həyata keçirilməsi üçün müvafiq icra hakimiyyəti orqanlarının səlahiyyətləri orada müəyyən olunur. Çünki elə məsələlər var ki, Təhsil Nazirliyinə, elələri var ki, Maliyyə Nazirliyinə aiddir və sair".

Xəbər lenti

Xəbər lenti