...

Azərbaycan Dövlət Gömrük Komitəsi MDB ölkələri ilə əmtəə dövriyyəsinin həcmini açıqlayıb

Siyasət Materials 26 May 2007 14:24 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend / 2007-ci ilin yanvar-aprel ayları ərzində MDB ölkələrindən 563373,3 min dollar dəyərində mal idxal olunub ki, bu da ölkənin ümumi idxalının 37,13 faizini təşkil edir. Bu barədə məlumatı Dövlət Gömrük Komitəsi verib.

Azərbaycanın MDB ölkələrinə ixracı isə 321464,7 min dollar dəyərində olub (ümumi idxalın 24,02 faizi). MDB ölkələri ilə idxal-ixrac əməliyyatları üzrə 241908,6 min dollar dəyərində mənfi saldo yaranıb.

MDB ölkələrinə əsasən şəkər, qənnadı məmulatları, neft məhsulları, kimyəvi maddələr, bitki və heyvan mənşəli yağlar, pambıq, meyvə ixrac olunub.

MDB-dən isə Azərbaycana mineral yanacaq, gübrə, avadanlıq, mexaniki qurğu, qara metaladan olan məhsullar idxal olunub.

Xəbər lenti

Xəbər lenti