...

Azərbaycanın birinci xanımı Mehriban Əliyeva "Qızıl ürək" mükafatına layiq görülüb

Siyasət Materials 28 May 2007 11:52 (UTC +04:00)
Azərbaycanın birinci xanımı Mehriban Əliyeva "Qızıl ürək" mükafatına layiq görülüb

Qızl ürəyi olan insanlar bu gün beynəlxalq "Qızıl ürək" ("Zolotoe serdüe") mükafatını alıblar. Laureatların mükafatlandırma mərasimi Stanislavski və Nermiroviç-Dançenko adına musiqi teatrında keçirilib.

Mükafatın birinci sahibi Azərbaycan prezidentinin xanımı Mehriban Əliyeva olub. O "geniş həcmli xeyriyyəçilik fəaliyyətinə görə" bu mükafatla təltif olunub. Mükafatı ona məşhur italyalı Sofi Laren, Rusiya Federasiya Şurasının sədri Sergey Mironov və Rusiya Təhlükəsizlik Şurasının katibi İqor İvanov təqdim edib.

"Mən hesab edirəm ki, bu mükafatın laureatlarının xeyirxah işləri mərhəmətliliyə çağırışdır. Arzu edirəm ki, xeyirxahlıq ilbəil artsın",-deyə Əliyeva söyləyib.

Mükafatın növbəti laureatları uşaqları yanğından vaxtında xilas etmiş 11 yaşlı Olqa Kozlova və Dimitri Filyuşin olub. İTAR-TASS xəbər verir ki, laureatları təltif edən Rusiya FHN rəhbəri Sergey Şoyqu belə söyləyib: "Müakafat sahibləri çox balacadırlar, amma onların artıq olduqca cəsur ürəyi var. Allah eləsin ki, bu cür uşaqlar bizim ölkəmizdə daha çox olsun".

Xəbər lenti

Xəbər lenti