...

Sankt-Peterburqda MDB Parlament Assambleyasının hüquqi məsələlər üzrə daimi komissiyasinin iclası keçiriləcək

Siyasət Materials 29 May 2007 17:53 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend , müxbir İ.Əlizadə/ Sankt-Peterburqda MDB Parlament Assambleyasının Hüquqi məsələlər üzrə daimi komissiyasinin iclası keçiriləcək. Bu barədə çərşənbə axşamı Milli Məclisin mətbuat xidmətindən məlumat verilib.

İclasda özünütənzimləyən təşkilatlar, ümumxalq referendumu və nəqliyyat fəaliyyətinə dair model qanunların layihələri müzakirə olunacaq, MDB dövlətləri üçün  model sayılan İcraiyyə Məcəlləsinin ümumi hissəsinin layihəsinə baxılacaq, həmçinin 2005-2010-cu illər üçün MDB ölkələrinin milli qanunvericiliklərinin yaxınlaşmasına dair model qanunun perspektiv planına əlavə və dəyişikliklərin edilməsi məsələsi ətrafında fikir mübadiləsi aparılacaq.

Azərbaycanı iclasda millət vəkili Cəmil Həsənli təmsil edəcək.

Xəbər lenti

Xəbər lenti