...

Millət vəkili Beynəlxalq Böhran Qrupunun nümayəndəsilə görüş keçirib

Siyasət Materials 30 May 2007 15:48 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir S.İlhamqızı/ Azərbaycan Demokratik İslahatlar Partiyasının sədri, millət vəkili Asim Mollazadə və Beynəlxalq Böhran Qrupunun proqram direktoru Kler Delessard Cənubi Qafqazda mövcud münaqişələr və onların həlli yollarını müzakirə ediblər. Bu barədə çərşənbə günü Demokratik İslahatar Partiyasından məlumat verilib.

Çərşənbə günü deputatla Beynəlxalq Böhran Qrupunun nümayəndəsi arasında keçirilən görüşdə Cənubi Qafqaz regionunda gedən proseslər barədə danışılıb. Həmçinin regiondakı münaqişə ocaqları, bu problemlərdən çıxış yolları, mövcud münaqişələrin həllinə dair GUAM-ın mövqeyi barədə fikir mübadiləsi aparılıb.

Mollazadə qonağa Demokratik İslahatlar Partiyasının fəaliyyəti və proqramları barədə də məlumat verib.

Xəbər lenti

Xəbər lenti