...

MDB təmsilçiləri birliyin gələcək inkişaf Konsepsiyası layihəsinin mətnini razılaşdırıblar

Siyasət Materials 30 May 2007 16:14 (UTC +04:00)
MDB təmsilçiləri birliyin gələcək inkişaf Konsepsiyası layihəsinin mətnini razılaşdırıblar

Azərbaycan, Bakı / Trend / MDB dövlətlərarası işçi qrupu xarici işlər nazirləri müavinləri səviyyəsində birliyin gələcək inkişaf Konsepsiyası layihəsinin mətnini razılaşdırıb. Bu barədə çərşənbə günü MDB İcraiyyə komitəsinin mətbuat xidmətinin yaydığı məlumatda bildirilir.

Dövlətlərarası işçi qrupu İcraiyyə komitəsinə müvafiq layihəni MDB dövlət başçıları şurasının müzakirəsinə göndərməyi tövsiyə edib.

XİN başçıları müavinləri səviyyəsində xüsusi qrup MDB dövlət başçıları və xarici işlər nazirləri şurasının qərarı ilə yaradılıb. Qrupun qarşısına 2007-ci il iyunun 1-dək birliyin gələcək inkişaf konsepsiyasını hazırlayıb razılaşdırmaq vəzifəsi qoyulub.

MDB üzvlərinin təklifləri əsasında Rusiya ilkin mərhələdə qrupa sədrlik edən ölkə kimi Konsepsiya layihəsini hazırlayıb. Sonradan bu sənəd ekspertlərin görüşlərində və qrupun toplantılarında işlənilib.

Dövlətlərarası işçi qrupunun sonuncu iclası mayın 29-da Minskdə MDB İcraiyyə komitəsində keçirilib.

Xəbər lenti

Xəbər lenti