...

Daxili İşlər Nazirliyinin Mərkəzi Aparatında ixtisarlar olacaq

Siyasət Materials 31 May 2007 12:14 (UTC +04:00)
Daxili İşlər Nazirliyinin Mərkəzi Aparatında ixtisarlar olacaq

Azərbaycan, Bakı / Trend müxbir K.Zərbəliyeva/ Daxili İşlər Nazirliyinin Mərkəzi Aparatında, həmçinin polis idarəçiliyi ilə məşğul olan qurumlarda ixtisarlar gözlənilir. Bu bəyanatla cümə axşamı jurnalistlərə açıqlamasında daxili işlər naziri Ramil Usubov çıxış edib. Onun sözlərinə görə, adıçəkilən qurumlarda 10-15 faiz ixtisarlar olacaq.

"İxtisarlar zamanı polis əməkdaşları nazirliyin müxtəlif orqanlarında işlə təmin olunacaqlar" - deyə Usubov əlavə edib.

Nazirin sözlərinə görə, polis orqanlarının özündə ixtisarlar nəzərdə tutulmayıb. Çünki ötən dövr ərzində polisdə kifayət qədər ixtisarlar aparılıb. Daxili işlər orqanlarına qəbulla bağlı məsələyə toxunan nazir bildirib ki, noyabr-dekabr aylarında daxili işlər orqanlarına növbəti imtahanlar keçiriləcək.

Xəbər lenti

Xəbər lenti