...

Ermənistan Silahlı Qüvvələri növbəti dəfə atəşkəsi pozub

Siyasət Materials 4 İyun 2007 11:20 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir E.Hüseynli/ Ermənistan Silahlı Qüvvələrinin bölmələri dünən axşam 19.10-dan 19.15-dək Ermənistanın Noyemberyan rayonunun Berekamavan kəndi sahəsində yerləşən mövqelərindən Azərbaycan Milli Ordusunun Qazax rayonunun Kəmərli kəndi yaxınlığındakı mövqelərini avtomat və pulemyotlarından atəşə tutub. Bu barədə bazar ertəsi Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Məlumata görə, düşmən cavab atəşi ilə susdurulub. Itki yoxdur.

Qazax rayonu paytaxt Bakıdan 520 kilometr qərbdə yerləşir.

Xəbər lenti

Xəbər lenti