...

Azərbaycan prezidenti Gürcüstanın energetika nazirini qəbul edib

Siyasət Materials 5 İyun 2007 20:32 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend müxbir P.Əmircanov/ Azərbaycan prezidenti İlham Əliyev Gürcüstanın energetika naziri Nika Gilaurini qəbul edib. Bu barədə Trend xəbər verir. Görüşdə Azərbaycanla Gürcüstan arasında energetika sahəsində uğurlu əməkdaşlığın həyata keçirildiyi vurğulanıb, bunun gələcəkdə də inkişaf etdiriləcəyinə əminlik ifadə olunub. Nika Gilauri Gürcüstanın qaz təchizatı ilə bağlı Azərbaycanın göstərdiyi köməyin ölkəsində yüksək qiymətləndirildiyini və bununla bağlı minnətdarlığını bildirib.

Xəbər lenti

Xəbər lenti