...

Azərbaycan prezidenti "Citigroup"un Avropa regionu üzrə baş icraçı direktorunu qəbul edib

Siyasət Materials 6 İyun 2007 20:25 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend müxbir P.Əmircanov/Azərbaycan prezidenti İlham Əliyev çərşənbə günü "Citigroup"un Avropa regionu üzrə baş icraçı direktoru Uinfred Bişofun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib. Bu barədə Trend xəbər verir. Uinfred Bişof Azərbaycana ilk dəfə səfər etdiyini və bu səfərindən məmnun olduğunu bildirib, xalqımızın ümummilli lideri Heydər Əliyev tərəfindən əsası qoyulmuş uğurlu siyasətin prezident Ilham Əliyevin rəhbərliyi altında bu gün də davam etdirildiyini vurğulayıb. Prezident Əliyev son on ildə ölkəmizin bütün sahələrdə böyük nailiyyətlər əldə etdiyini, hazırda ümumi daxili məhsulda özəl sektorun payının 80 faiz olduğunu, Azərbaycan iqtisadiyyatının yüksək sürətlə inkişaf etdiyini bildirib.

Xəbər lenti

Xəbər lenti