...

Gürcüstandakı 12-ci rus hərbi bazasından növbəti silah və hərbi texnika yola salınıb

Siyasət Materials 7 İyun 2007 13:05 (UTC +04:00)

Azərbaycan, Bakı /müx. Trend G.Hüseynov/ Çümə axşamı Gürcüstandakı 12-ci rus hərbi bazasından may ayından Rusiyaya daşınmağa başlayan silah və hərbi texnikanın növbəti hissəsi yola salınıb. Bu, may ayından başlayaraq Gürcüstan ərazisindən Rusiyaya daşınan beşinci eşelondur.

Azərbaycanın Gürcüstandakı səfirliyindən telefon vasitəsilə verilən məlumata görə, eşelonun tərkibinə 5 tank, 44 ədəd brotexnika və maddi-texniki əmlakın ehtiyat hissələrini daşıyan 35 platforma və qatar daxildir. Azərbaycan və Rusiya arasında Azərbaycan ərazisi vasitəsilə əmlak və texnikanın daşınması barədə razılıq ötən il dövlətlərarası səviyyədə əldə olunub.

Avqustun sonuna qədər Gürcüstan ərazisindən 14 eşelon texnika və əmlak çıxarılacaq. Beş eşelon Ermənistana, Gümrü şəhərində yerləşən 102-ci rus hərbi bazasına yola salınacaq. RF-nın Müdafiə Nazirliyinin məlumatına görə, Rusiya və Gürcüstan arasında əldə olunan razılığa əsasən, 2007-ci ilin sonuna qədər Axalkalaki şəhərindəki 62-ci rus hərbi bazası, 2008-ci ilin sonuna qədər isə Batumi şəhərindəki 12-ci rus hərbi bazası bağlanmalıdır. RF-nın müdafiə nazirinin müavini, ordu generalı Vladimir İsakovun məlumatına görə, texnikanın Azərbaycan ərazisi vasitəsilə daşınması Rusiyaya hərbi qüvvələrin çıxarılmasını asnlaşdırmağa və RF Müdafiə Nazirliyinin xərclərini azaltmağa imkan verir.

Gürcüstan və RF arasında Rusiya hərbi bazalarının və Rusiyanın Zaqafqaziyadakı digər hərbi obyektlərinin çıxarılması ardıcıllığı və vaxtı haqqında müqavilə 31 mart 2006-cı ildə əldə olunub.

Xəbər lenti

Xəbər lenti