...

Azərbaycan prezidenti Qobustan Dövlət Tarixi-Bədii Qoruğu ilə bağlı sərəncam imzalayıb

Siyasət Materials 11 İyun 2007 20:38 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend müxbir P.Əmircanov/Azərbaycan prezidenti İlham Əliyev bazar ertəsi "Qobustan Dövlət tarixi-bədii qoruğu ərazisində yerləşən tarixi və mədəni sərvətlərin qorunması haqqında" sərəncam imzalayıb. Bu barədə Trend xəbər verir. Sərəncama əsasən, Qobustanın Azərbaycan xalqının milli sərvəti olması nəzərə alınaraq Mədəniyyət və Turizm Nazirliyinə Qobustan dövlət tarixi-bədii qoruğunun idarə olunması, inkişafı və qorunub saxlanılması, qoruq ərazisindəki tarixi və mədəni sərvətləri əks etdirən xəritənin bir il müddətində hazırlanması, yeni inzibati binanın layihə-smeta sənədlərinin hazərlanması, ərazidəki qayaüstü təsvirlərə müxtəlif səbəblərdən dəymiş zərərin qiymətləndirilməsi və sənədləşdirilməsi üçün müvafiq elmi qrupların yaradılması, Torpaq və Xəritəçəkmə Komitəsi, Bakə Şəhər İcra Hakimiyyəti və Azərbaycan Milli Elmlər Akademiyasına qoruğun mövcud sərhədləri yaxınlığında yerləşən arxeoloji abidələrin (qayaüstü təsvirlər, kurqanlar və s.) mühafizəsini təmin etmək üçün müvafiq ərazilərin sərhədlərinin altı ay müddətində müəyyən edilməsi və həmin ərazilərin Qobustan dövlət tarixi-bədii qoruğunun ümumi ərazisinə daxil edilməsi barədə təkliflərini Nazirlər Kabinetinə təqdim etmək tapşırılıb. Ekologiya və Təbii Sərvətlər, Ədliyyə və Nəqliyyat nazirliklərinə, eləcə də "Azərsu" Açıq Səhmdar Cəmiyyətinə də müvafiq tapşırıqlar verilib.

Xəbər lenti

Xəbər lenti