...

Azərbaycan Demokrat Partiyasının sənədləri Ədliyyə Nazirliyinə təqdim olunub

Siyasət Materials 14 İyun 2007 18:20 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir S.İlhamqızı/ Azərbaycan Demokrat Partiyasının (ADP) IX qurultayında qəbul edilmiş sənədlər dövlət qeydiyyatına alınması üçün Ədliyyə Nazirliyinə təqdim edilib. Bu barədə cümə axşamı ADP-dən məlumat verilib.

ADP-nin qurultayında partiyanın Nizamnaməsinə demokratik prinsipləri özündə ehtiva edən bir sıra dəyişikliklər edilib. Məsələn, partiya sədrinin səlahiyyətlərinin azaldılması, partiyanın icra orqanında təmsil olunan şəxsin qərar qəbuledici orqanlarda təmsilçiliyinin qarşısının alınması, qurultayların iki ildən bir yox, beş ildən bir çağırılması və s. kimi əlavə və dəyişikliklər edilib.

Yeni qəbul edilmiş Nizamnamənin dövlət qeydiyyatına alınması üçün ADP lazımi sənədləri Ədliyyə Nazirliyinə təqdim edib.

Sağ təmayüllü partiya olan ADP 1991-ci ildə Sərdar Cəlaloğlu tərəfindən təsis edilib. Partiya bu ilin yanvarınadək iqtidara qarşı müxalif mövqedə olub. Yanvarda ADP-nin hakimiyyətlə dialoq qurulması ilə bağlı yeni siyasi kursu qəbul edilib.

Xəbər lenti

Xəbər lenti