...

AB-nin Cənubi Qafqaz üzrə nümayəndəsi Azərbaycana gələcək

Siyasət Materials 14 İyun 2007 11:51 (UTC +04:00)

Azərbaycan, Bakı /müx. Trend S.Ağayeva/ Avropa Birliyinin Cənubi Qafqaz ölkələri üzrə xüsusi nümayəndəsi Piter Semnebi gələn həftə Azərbaycana gələcək. Bu barədə hazırda Ermənistanda işgüzar səfərdə olan Semnebinin özü deyib.

Bakıya səfəri zamanı AB təmsilçisi Azərbaycan rəsmiləri ilə AB-nin yeni qonşuluq siyasəti çərçivəsində əməkdaşlıq məsələsini və Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ətrafındakı vəziyyəti müzakirə edəcək.

Semnebinin həmçinin iyunun 19-da Azərbaycan paytaxtında "Demokratiya və iqtisadi inkişaf uğrunda təşkilat - GUAM" dövlət başçılarının sammitində iştirak edəcəyi gözlənilir.

Xəbər lenti

Xəbər lenti