...

Azərbaycan prezidenti Ümumrusıya Dövlət Teleradıo Şirkətinin baş direktorunu qəbul edib

Siyasət Materials 20 İyun 2007 17:27 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir S.İlhamqızı/ Azərbaycan Prezidenti İlham Əliyev çərşənbə günü Ümumrusiya Dövlət Televiziya və Radio Verilişləri Şirkətinin baş direktoru Oleq Dobrodeyevi qəbul edib.

Oleq Dobrodeyev Bakıya səfərındə ilk olaraq, Azərbaycanın eks-prezidenti Heydər Əliyevin və akademik Zərifə Əliyevanın məzarlarını ziyarət etdiyini deyıb. O, Azərbaycana səfəri zamanı böyük inkişafın, geniş miqyaslı tikinti və quruculuq işlərinin şahidi olduğunu bildirib. Qonaq həmçinin Azərbaycanda rus dilinə hörmətlə yanaşıldığını da məmnunluqla qarşıladığını deyib.

Azərbaycanın sürətli iqtisadi inkişafından danışan İlham Əliyev ölkədə müasir tikintilərlə yanaşı, tarixi memarlıq abidələrinin də əsaslı bərpa və təmır olunduğunu diqqətə çatdırıb. Prezident Əliyev Azərbaycanda mədəniyyətin və informasiya texnologiyalarının inkişafına böyük diqqət göstərildiyini vurğulayıb.

Dobrodeyev rəhbərlik etdiyi şirkətin Heydər Əliyev haqqında indiyədək yayımladığı filmlərin videoyazılarını prezident Əliyevə təqdim edib.

Xəbər lenti

Xəbər lenti