...

GUAM sülhməramlı kontingentinin sayı 530 nəfər olacaq

Siyasət Materials 20 İyun 2007 19:38 (UTC +04:00)
GUAM sülhməramlı kontingentinin sayı 530 nəfər olacaq

GUAM-ın sülhməramlı batalyonu üç bölük, minaatan, kəşfiyyat, rabitə, mühəndis-istehkamçı, hərbi polis vzvodları, maddi-texniki təminat və digər təminat bölüklərindən ibarət olacaq. Bu barədə "Rosbalt-Ukraina" informasiya agentliyinə Ukrayna Nazirlər Kabinetindən verilən məlumata görə, MDB-yə üzv dövlətlərin müdafiə nazirlərinin Moskva görüşündə Ukraynanın müdafiə naziri Anatoli Qritseko məlumat verib.

Onun sözlərinə görə, "GUAM-ın sülhməramlı kontingenti BMT-nin Təhlükəsizlik Şurası, ATƏT və BMT nizamnaməsinə uyğun olaraq yaradılmış regional təşkilatların himayəsində keçirilən tapşırıqların icrası üçün yaradılır. "GUAM sülhməramlı kontingenti həmçinin BMT Təhlükəsizlik Şurasının razılığı və ümumi nəzarəti altında yaradılan çoxmillətli tərkiblərdə də iştirak edə bilər",-deyə nazir qeyd edib.

Gürcüstan, Ukrayna, Azərbaycan və Moldovanın hərbi strukturlarında sülhməramlı və humanitar tapşırıqların yerinə yetirilməsi üçün birgə kontingentin yaradılması ilə bağlı artıq təkliflər hazırlanıb. "Əgər bu cür qərar qəbul olunarsa, söhbət regionada və dünyada təhlükəsizliyin təmin olunmasında 4 dövlətin yardımından gedər",-deyə Qritsenko söyləyib.

Batalyon heyətinin sayı 530 nəfər olacaq. Təqribən hər ölkədən bir batalyon veriləcək. Amma təchizat bölməsində Ukraynanın kvotası böyük olacaq.

Batalyonun hərbi istifadəsində bronetransporterlar - BTR-70 və BTR-80, BRDM-2, minaatan və atıcı silahlar olacaq.

Komandir və qərargah rəhbəri GUAM-ın adına müvafiq olaraq əlifba sırası ilə rotasiya qaydasında əvəz olunacaq. "Birgə bölmələri təşkil edən milli tərkiblər öz ökələrinin ərazisində yerləşəcəklər. Amma hər il komandirin olduğu ölkədə iki dəfə bütün heyətin iştirakı ilə komanda-qərargah təlimlərinin keçirilməsi planlaşdırılır"-deyə Qritsenko izah edib. O əlavə edib ki, NATO-nun "Sülh naminə tərəfdaşlıq" proqramı çərçivəsində birgə təlimlər keçiriləcək. Kontingentin hər hansı bir ölkəyə göndərilməsi ilə bağlı qərar isə müvafiq mandat və bütün ölkələrin razılığı ilə qəbul olunacaq.

Kontingentin yaradılmasının qanunvericilik əsası ilə bağlı isə nazir bildirib ki, bu barədə qərar 4 ölkənin Baş Qərargah rəisləri səviyyəsində qəbul olunacaq. Daha sonra prezidentlərin razılığ ilə müdafiə nazirləri səviyyəsində təsdiq olunduqdan sonra müqavilə imzalanacaq. Ukrayna qanunvericiliyinə əsasən, müqaviləni Ali Rada ratifikasiya etməlidir.

Kontingentin hər hansı bir konkret münaqişəli əraziyə göndərilməsi ilə bağlı qərar Ukrayna Təhlükəsizlik Şurası və Müdafiə Nazirliyində qəbul olunacaq, daha sonra sənəd baxılmaq üçün parlamentə təqdim olunacaq.

Xəbər lenti

Xəbər lenti